İraqın Kərkük bölgəsində rəsmi yazışmalar türk dilində aparılacaq

Tokio, 2 mart , /AJMEDIA/

İraqın Kərkük bölgəsində rəsmi yazışmaların türk dilində həyata keçirilməsi haqqında qərar qəbul edilib.
AJMEDIA Azərbaycanın İraqdakı səfirliyinə istinadla xəbər verir ki, bu barədə Baş nazir Məhəmməd Şiiə Əl-Sudani sərəncam verib. İraqın Baş naziri bildirib ki, Kərkükdə türkcənin məhdudlaşdırılması qərarını ləğv edib və Kərkükün inzibati sərhədləri daxilində dövlət yazışmalarında türkcənin rəsmi dil kimi istifadə edilməsinə dair qərar qəbul olunub.
Kərkük İraq Ərəb Respublikasının inzibati bölgəsidir (mühafaza). 2021-ci ilin məlumatına görə, burada 1 milyon 382 min əhali yaşayır. Əhalinin 60 faizdən çoxu İraq türkmanlarından ibarətdir. Kərkük mühafazasının inzibati mərkəzi Kərkük şəhəridir. İraqın qədim və yerli xalqı olan kərküklər tarixin müxtəlif dövrlərində assimilyasiyaya məruz qalıblar. Lakin buna baxmayaraq, kərküklər milli varlıqlarını qoruyub saxlaya biliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts