Site icon AJMEDIA Azərbaycanca

İraqdakı ABŞ hərbçilərinə növbəti dəfə silahlı hücum olub

Tokio, 11 aprel , /AJMEDIA/

İraqın Zikar və Səlahəddin bölgələrində ABŞ ordusuna ərzaq, su və ehtiyat hissələri daşıyan maşın karvanına silahlı hücum olub.

AJMEDIA İraqın “Səfəq news” agentliyinə istinadla xəbər verir ki, hadisə aprelin 10-da axşam saatlarında baş verib.

Ölən və yaralananlar barədə məlumat verilməsə də, hərbi texnikaya böyük zərərin dəyməsi haqqında xəbərlər var.

Son aylarda ABŞ-ın İraqın müxtəlif bölgələrində yerləşən hərbi hissələrinə dəfələrlə silahlı hücumlar olub. İraqdakı siyasi qüvvələr və ictimaiyyət nümayəndələri xarici dövlətlərə məxsus hərbi hissələrin ölkədən çıxarılmasını tələb edirlər. İraq parlamenti xarici dövlətlərin ölkə ərazisində hərbi hissə saxlamasını qadağan edən qanun da qəbul edib. Lakin buna baxmayaraq, Amerikanın hərbçiləri İraqı tərk etməyə tələsmirlər.

Exit mobile version