İraqda neft emalı zavodunda güclü yanğın baş verib

Tokio, 31 oktyabr , /AJMEDIA/

İraqın Kürdüstan vilayətində fəaliyyət göstərən neft emalı zavodunda yanğın baş verib.
AJMEDIA “Şəfəq news” saytına istinadla xəbər verir ki, bu gün səhər saatlarında başlayan yanğın bütün zavodu bürüyüb. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları ilə yanaşı, xüsusi xidmət orqanlarının əməkdaşları da gəlib. Hadisənin başvermə səbəbləri araşdırılır. İlk növbədə, yanğının terror aktı olması ehtimalı nəzərdən keçirilir.
Yanğın zamanı ölən və yaralanan, dəyən zərər barədə hələlik məlumat verilmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts