İraqda baş verən avtobus qəzası 4 iranlı zəvvarın ölümü ilə nəticələnib

Tokio, 11 sentyabr , /AJMEDIA/

İraqın Hillə şəhərində içərisində iranlı zəvvarlar olan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, 14 nəfər yaralanıb.
AJMEDIA xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb. Məlumata görə, zəvvarları Nəcəf şəhərinə aparan mikroavtobus qəzaya uğrayaraq aşıb. Həlak olanların cəsədləri İrana göndəriləcək.
Yaralanan 14 nəfər isə xəstəxanaya çatdırılıb. Yüngül xəsarət alan 4 nəfər xəstəxanadan buraxılıb. Qalan 10 nəfərin müalicəsi isə davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts