Site icon AJMEDIA Azərbaycanca

İraqa səfər edən Azərbaycan vətəndaşları vizanı sərhəd-keçid məntəqələrində ala biləcək

Tokio, 10 yanvar , /AJMEDIA/

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını İraqın sərhəd-keçid məntəqələrində əldə edə bilərlər.

Azərbaycanın İraqdakı səfirliyindən AJMEDIA-ya bildiriblər ki, bununla əlaqədar İraqın daxili işlər naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, İraqa səfər edən Azərbaycan vətəndaşları hava limanında viza alıb ölkəyə daxil ola bilərlər.

Exit mobile version