İranla Ermənistan arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq

Tokio, 1 noyabr , /AJMEDIA/

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün səhər saatlarında Tehrana rəsmi səfərə gəlib. Geniş tərkibdə nümayəndə heyəti ilə İrana səfər edən Ermənistanın baş naziri Prezident İbrahim Rəisi ilə görüşəcək.
AJMEDIA xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, regionda cərəyan edən siyasi proseslərə də toxunulacaq. Səfər çərçivəsində İranla Ermənistan arasında qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.
N.Paşinyan sonuncu dəfə İrana 2021-ci ilin avqustunda səfər etmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts