Site icon AJMEDIA Azərbaycanca

İranda terror aktı törədilib, 4 nəfər həlak olub

Tokio, 13 avqust , /AJMEDIA/

İranın Fars vilayətinin Şiraz şəhərində Şah- Çərəq məbədində terror aktı törədilib.
AJMEDIA IRNA agentliyinə istinadla xəbər verir ki, iki silahlı Şah-Çərəq ziyarətgahına daxil olmaq istəsə də, ziyarətgahdakı təhlükəsizlik qüvvələrinin müqaviməti ilə üzləşib.
Silahlılar məqbərənin girişində olanlara atəş açmağa başlayıblar. Nəticədə azı 4 nəfər həlak olub.
Terrorçulardan birinin cinayət yerində öldürüldüyü, digərinin isə hələ də azadlıqda olduğu bildirilir.
Qeyd edək ki, ötən il oktyabr 26-da eyni ibadət yerində terror aktı baş verib, 13 nəfər həlak olub.

Exit mobile version