İranda naməlum şəxslərin hücumu nəticəsində 9 nəfər ölüb

Tokio, 27 yanvar , /AJMEDIA/

İran-Pakistan sərhədinin yaxınlığındakı Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində azı 9 nəfər həlak olub.

AJMEDIA xəbər verir ki, bu barədə Mehr agentliyi yerli mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, şənbə günü səhər naməlum şəxslər şəhər sakinlərinə atəş açıblar. Agentlik hücumun qurbanlarının iranlı olmadıqlarını bildirir. İranın sərhəd bölgələrində fəaliyyət göstərən heç bir qruplaşma hələlik hücumun məsuliyyətini üzərinə götürməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts