Site icon AJMEDIA Azərbaycanca

İranda 5 bal gücündə zəlzələ baş verib

Tokio, 1 aprel , /AJMEDIA/

İranın cənubundakı Hörmüzqan əyalətinin Parsiyan şəhərində 5 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, İran Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Hörmüzqan əyalətinin Parsiyan şəhərində olan 5 bal gücündə zəlzələ yerli vaxtla saat 19.27-də qeydə alınıb.
Fars körfəzindəki Kiş adasını, eləcə də Parsiyanı silkələyən zəlzələ 11 kilometr dərinlikdə baş verib.
İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Hörmüzqan Valiliyinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Mehrdad Həsənzadə bildirib ki, zəlzələ bölgəsində indiyədək heç bir dağıntı qeydə alınmayıb.

Exit mobile version