İranda 2 nəfər Fransa vətəndaşı həbs edilib

Tokio, 20 may , /AJMEDIA/

Turist adı altında İranda qeyri-qanuni fəaliyyətlə məşğul olan 2 nəfər Fransa vətəndaşı həbs edilib.
AJMEDIA xəbər verir ki, bu barədə məlumatı İranın təhlükəsizlik naziri Seyid İsmail Xətib verib. O nəzərə çatdırıb ki, turist kimi İrana gəzməyə gəldiklərini söyləyən 2 nəfər fransalı ölkədə xaos yaratmaq və ictimai-siyasi sabitliyi pozmaq məqsədilə bəzi destruktiv qrupların nümayəndələri ilə görüşüblər.
Görüşdə İranda xaos yaratmaq və sabitliyi pozmaq kimi məsələlər müzakirə olunub. Gələcəkdə əhali arasında təşviş yartamaq üçün planlar hazırlanıb. Bu adamlar xarici dövlətlərin xüsusi xidmət orqanları ilə bağlıdır və onların göstərişi ilə İrana gəliblər.
Nazir bildirib ki, şübhəli bilinərək saxlanılan fransalılar ölkə qanunlarına uyğun olaraq istintaqa cəlb olunublar. Hazırda araşdırma davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts