İran XİN: Biz Rusiyanın Xəzər dənizində əməkdaşlıq strukturunun yaradılması təklifini dəstəkləyirik

Tokio, 29 iyun , /AJMEDIA/

Biz Rusiyanın Xəzər dənizində əməkdaşlıq strukturunun yaradılması haqqında irəli sürdüyü təklifi dəstəkləyirik.
AJMEDIA xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin bu gün keçirilən görüşündə deyib.
İranlı nazir vurğulayıb ki, bu təklifin icrası Xəzər dənizinin ətrafındakı dövlətlər arasındakı əməkdaşlıq əlaqələrini gücləndirəcək və davamlı təhlükəsizliyi təmin edəcək.
Qeyd edək ki, iyunun 29-da Aşqabadda Xəzəryanı dövlətlərin prezidentlərinin Zirvə toplantısı keçiriləcək. Zirvə toplantısında Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə ediləcək. Zirvə toplantısı çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri də nəzərdə tutulub. Bu gün isə Aşqabada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts