İran silahlı qüvvələri İraqın şimalını artilleriya atəşinə tutub

Tokio, 25 sentyabr , /AJMEDIA/

Bu gün səhər saatlarında İran silahlı qüvvələrinin quru qoşunları İraqın şimal regionlarını artilleriya atəşinə tutub.
AJMEDIA xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) məlumatına əsasən, İraqın şimalında cəmləşən terrorçu qruplaşmaların mövqeləri və qərargahları bombardman edilib.
Artilleriya atəşinin nəticələri barədə hələlik məlumat verilmir. İranın rəsmi mediası bildirir ki, bu barədə Sepahın bəyanatla çıxış edəcəyi gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts