Site icon AJMEDIA Azərbaycanca

İran, Azərbaycan və Gürcüstan arasında yeni dəhliz aktivləşəcək – Səfir

Tokio, 19 dekabr, /AJMEDIA/

Bu həftə İran, Azərbaycan, Gürcüstan, Qara Dəniz və Avropa arasında yeni dəhlizi aktivləşəcək.

AJMEDIA xəbər verir ki, Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Twitter səhifəsində yazıb.
S.A.Musəvinin sözlərinə görə, bu dəhliz Pakistan, İran, Türkiyə arasında və Şimal-Cənub Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars Körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verildikdən sonra aktivləşəcək.

Qeyd edək ki, İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Fars Körfəzi – Qara Dəniz marşrutunun yaradılması gündəmdədir. Bu marşrut çərçivəsində 22 dekabrda İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma başlanacaq.

Exit mobile version