İrəvanda keçirilən aksiyaların gedişində 73 etirazçı saxlanılıb

Tokio, 18 may , /AJMEDIA/

Bu gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarının gedişində 73 nümayişçi saxlanılıb.
AJMEDIA xəbər verir ki, Ermənistan mediası bu barədə paytaxt polisinə istinadla məlumat yayıb.
Bir müddət öncə respublika parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan etiraz aksiyalarının bu gün də davam edəcəyini bildirib. Onun sözlərinə görə, etirazçılar paytaxtda nəqliyyatın hərəkətini iflic etmək və lazım gələrsə, dövlət binalarını bloklamaq niyyətindədir.
Paytaxt İrəvanda mayın 17-də keçirilən aksiyalar zamanı 417 nəfər saxlanılmışdı.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts