İqor Qrosu: Azərbaycan və Moldovanın qarşılıqlı sərmayə qoyuluşu üçün yaxşı perspektivləri var

Tokio, 27 may , /AJMEDIA/

Moldova və Azərbaycan investorlarını maraqlandıran bir çox sahələr var, qarşılıqlı sərmayələrin qoyuluşu üçün yaxşı perspektivlər mövcuddur.
AJMEDIA xəbər verir ki, bunu AZƏRTAC-a məxsusi açıqlamasında Moldova parlamentinin sədri İqor Qrosu söyləyib.
Onun sözlərinə görə, investorlar əsasən informasiya texnologiyaları, infrastruktur layihələri sahələrinə sərmayə qoya bilərlər. Çox məhsuldar hökumətlərarası görüşün planlaşdırıldığını deyən İqor Qrosu bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün güclü potensial mövcuddur.
“Çox təəssüf ki, Ukraynadakı müharibə səbəbindən baş verən böhran bir sıra çətinliklər yaradır. Ancaq buna baxmayaraq, Azərbaycan və Moldovanın birgə yeni layihələr həyata keçirmələri üçün imkanlar var. Əsasən də iqtisadi sektorda birgə layihələrin reallaşdırılması barədə düşünmək olar. Mən Bakıda səfərdə olarkən qarşı tərəfin Moldovanın emal sənayesinə investisiya qoyuluşunda maraqlı olduğunu eşitdim. Əminəm ki, iqtisadi baxımdan əlaqələrimizi yeniləyə bilərik. Biz keçmiş Sovet İttifaqı respublikaları kimi bir-birimizi daha yaxşı başa düşürük. Buna görə də biz asanlıqla çox yaxşı ticarət və iqtisadi əməkdaşlıq qura bilərik”, – deyə parlamentin sədri əlavə edib.
İqor Qrosu Azərbaycana səfərini xoş xatirə kimi xatırlayaraq, Şuşaya səfəri barədə danışaraq deyib: “Parlament sədri kimi çox sevinirəm ki, iki ölkə arasında münasibətlərimizdə yeni səhifə açılıb. Deyə bilərəm ki, Azərbaycana rəsmi səfərim çox gözəl keçdi. Şuşaya səfər məndə xoş təəssürat oyatdı”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts