İpoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi təxirə salındı

Tokio, 24 yanvar , /AJMEDIA/

İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesini təxirə salıb.
Fonddan AJMEDIA-ya bildirilib ki, ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə əlavə tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yanvarın 24-nə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınıb.
Müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts