İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Tokio, 28 iyun , /AJMEDIA/

İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 250 nəfərdən çox insan isə zəhərlənib.
AJMEDIA xəbər verir ki, bu barədə bazar ertəsi “Əl-Mamlaka” televiziya kanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumatda bildirilib ki, limanda zəhərli qazlı maddə ilə doldurulmuş çənin daşınma zamanı yıxılması nəticəsində qəza baş verib ki, bu da qaz sızmasına səbəb olub.
Qaz sızmasının yaşayış məntəqələrindən uzaqda baş verdiyi qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts