İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Tokio, 10 noyabr , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat bu gün saat 23:59-da başa çatır.
Bu barədə AJMEDIA-ya DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan noyabrın 13-də Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında kompüter vasitəsilə keçiriləcək. Bu gün saat 11:55-dək olan məlumata görə, 78 nəfər qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts