İnternet Vergi İdarəsinin yeni elektron xidmətləri yaradılacaq

Tokio, 8 dekabr , /AJMEDIA/

Vergi inzibatçılığının elektron platformasının və infrastrukturunun rəqəmsallaşması səviyyəsinin artırılması, rəqəmsal vergi inzibatçılığına keçidin sürətləndirilməsi və bu çərçivədə vergiödəyicilərinə təqdim edilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi vergi orqanının prioritet istiqamətlərindən biridir.
AJMEDIA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, rəqəmsal texnologiyaların tətbiqi, vergilərin hesablanması və ödənilməsi üzrə elektron sistemlərin təkmilləşdirilməsi qarşıdakı dövrdə də vergi orqanlarının diqqət mərkəzində olacaq.
Qeyd olunub ki, əvvəlcədən doldurulmuş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi həm sahibkarların, həm vergi xidmətinin işinin əsaslı şəkildə yüngülləşməsinə, eləcə də könüllü əməletmə səviyyəsinin artmasına töhfə verə bilər.
Həmçinin yaxın perspektivdə İnternet Vergi İdarəsinin və mövcud elektron xidmətlərin təlimatlandırıcı rejimdə (simulyator) “Biznes mühitini və vergi yükünü araşdır”, “Elektron vergi konsaltinqi”, “Reytinq”, “Vergi əməletməsinin qiymətləndirilməsi”, “Kontragentləri araşdır” adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts