Site icon AJMEDIA Azərbaycanca

İngiltərədə 6 milyon insan xəstəxanalarda müalicə üçün növbə gözləyir

Tokio, 15 yanvar, /AJMEDIA/

İngiltərədə 6 milyon insan xəstəxanalarda müalicə üçün növbə gözləyir.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, Milli Səhiyyə Xidməti xəstəxanalarda müalicə üçün növbə gözləyənlərin sayının ilk dəfə 6 milyona çatdığını açıqlayıb.

Mütəxəssislər Omikron variantının yayılmasından sonra bu rəqəmin daha da yüksələcəyini bildiriblər.

Professor Stiven Povis Omikronun təkcə xəstəxanalara qəbul edilən xəstələrin sayına (gündə orta hesabla 2000-ə yaxın) deyil, həm də kadr çatışmazlığına böyük təzyiq etdiyini söyləyib.

Həmçinin xəstəxanalarda müalicə üçün gözləyənlərdə də rekord gecikmələr olub.

Qeyd edək ki, Britaniyada 1948-ci ildə yaradılan Milli Səhiyyə Sistemi (NHS) ilə ölkədə həkim ziyarətləri və müalicələr pulsuz həyata keçirilir.

Exit mobile version