İndoneziyanın Key arxipelaqının sahillərində 5,6 bal gücündə zəlzələ olub

Tokio, 23 noyabr , /AJMEDIA/

Noyabrın 23-də Banda dənizində, İndoneziyanın Key arxipelaqının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geologiya Bürosu məlumat yayıb.
Yeraltı təkanların episentrinin təqribən 90 min əhaliyə malik Tual şəhərindən 180 kilometr qərbdə, ocağının 81 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts