İndoneziyanın Bali adasında zəlzələ nəticəsində həyatını itirənlər var

Tokio, 16 Oktyabr, /AJMEDIA/

İndoneziyanın Bali adasında baş verən zəlzələ nəticəsində azı üç nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb.

AJMEDIA ABŞ Geoloji Xidmətinin məlumatına istinadla xəbər verir ki, şənbə gününə keçən gecə baş verən zəlzələnin gücü 4,8 bal olub. Yeraltı təkanların episentri Denpasar şəhəri yaxınlığında, ocağı 10 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilməyib.

Təbii Fəlakətlərə Qarşı Mübarizə Agentliyinin Bali adası üzrə operativ qərargahının rəhbəri Banqli dairəsində iki, Karanqasemdə isə bir nəfərin həyatını itirdiyini bildirib. Onun sözlərinə görə daha yeddi nəfər xəsarət alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts