İndoneziyada Semeru vulkanı yenə havaya kül və tüstü püskürüb

Tokio, 6 Dekabr, /AJMEDIA/

İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanı dekabrın 5-də də havaya kül və tüstü püskürüb.

AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziya Vulkanologiya Xidmətinin rəhbəri Andiani məlumat verib.

“Günün birinci yarısında iki yeni püskürmə baş verib, lakin bu püskürmələrin intensivliyi və əhatə dairəsi şənbə günü olduğundan əhəmiyyətli dərəcədə azdır”, – deyə xidmətin rəhbəri bildirib.

Bununla yanaşı, Andiani qeyd edib ki, vulkanın fəallaşması artıq dekabrın 1-dən müşahidə edilməyə başlanıb. Ancaq sıx dumana görə mütəxəssislər lava axınını və kül püskürməsini müşahidə edə bilməyiblər.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, vulkan püskürməsi nəticəsində 13 nəfər həyatını itirib, onlarla sakin müxtəlif dərəcəli yanıqlarla yerli xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, xilasedicilər bir neçə evin qum, kül və palçıq altında qalması səbəbindən həlak olanların sayının artacağını istisna etmirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts