Site icon AJMEDIA Azərbaycanca

İndoneziyada sərnişin bərəsi batıb: 4 nəfər ölüb, 38 nəfər itkin düşüb

Tokio, 03 iyul, /AJMEDIA/

İndoneziyanın Bali adasında sərnişin bərəsinin batması nəticəsində dörd nəfər ölüb, 23 nəfər xilas edilib, 38 nəfər isə itkin düşüb.

AJMEDIA xəbər verir ki, bu barədə Şərqi Yava əyalətinin axtarış-xilasetmə İdarəsi məlumat yayıb.

Qəzaya uğrayan bərə Şərqi Yavanın Ketapanq limanından Bali adasının Qilimanuk limanına gedirmiş. Hadisə hər iki əyalət arasında baş verdiyi üçün həm Bali, həm də Şərqi Yava axtarış-xilasetmə əməliyyatlarına qoşulub.

Exit mobile version