İndoneziya sahillərində 5,2 bal gücündə zəlzələ olub

Tokio, 17 mart , /AJMEDIA/

İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ olub.
AJMEDIA xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərin yaşadığı Cokyakarta şəhərindən 140 kilometr cənub-qərbdə, ocağı isə yer səthindən 58 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts