İndoneziya səyyahlar üçün COVID-19 testini ləğv edir

Tokio, 18 may , /AJMEDIA/

İndoneziya tam peyvənd olunanlardan ölkə daxilində səyahətə çıxarkən PCR və ya COVID-19 ilə əlaqəli ahtigen ekspres test tələbini aradan qaldırır.
AJMEDIA ANTARA agentliyinə istinadla xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Coko Vidodo bəyan edib.
“Tam peyvənd olunmuş əcnəbi səyyahlardan və İndoneziya sakinlərindən bundan sonra PCR testlər və ya koronavirusla əlaqəli digər antigen ekspres testlər tələb edilməyəcək”, – deyə dövlət başçısı əhaliyə televiziya müraciətində bildirib.
Qeyd edək ki, bugünədək İndoneziyaya gələnlərdən təyyarəyə və ya digər ictimai nəqliyyata minərkən PCR, həmçinin digər antigen testlər tələb edilirdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts