İmişlidə şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı olub

Tokio, 2 may , /AJMEDIA/

İmişlidə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən abidənin Ramazan bayramı ərəfəsində açılışı olub.
AJMEDIA xəbər verir ki, İmişli rayonu Qulubəyli kəndində şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoları əksini tapıb. Onlardan beş nəfəri Birinci Qarabağ dörd nəfəri isə İkinci Qarabağ müharibəsi şəhidləridir. Xatirə kompleksinin açılışında İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirələri dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edənlər şəhidlərin həyat yolundan onların döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu bir daha dünyaya qüdrətini sübut edərək şəhidlərimizin qisasını aldı, torpaqlarımızı işğaldan azad etdi. Həmçinin şəhid ailələrinin, müharibədə sağlamlığını itirən qazilərin problemləri daim diqqət mərkəzində olduğu, son illər ərzində bu istiqamətdə çox böyük işlər görüldüyü diqqətə çatdırılıb. Digər çıxış edənlər də Birinci və İkinci Qarabağ müharibəsində İmişli rayonu Qulubəyli kəndindən şəhid olmuş doqquz nəfər şəhidimizin də digər şəhidlərimiz kimi heç zaman unudulmayacağını söyləyib.
Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts