İlin əvvəlindən bəri Kanadaya 100 mindən çox ukraynalı gəlib

Tokio, 27 oktyabr , /AJMEDIA/

İlin əvvəlindən bu yana Kanadaya 105 min ukraynalı gəlib ki, onların da təxminən 15 faizi ölkəyə ABŞ ərazisindən daxıl olub.
AJMEDIA Ukrinform agentliyinə istinadla xəbər verir ki, siyahıya Kanadaya təkcə yeni gələn ukraynalılar deyil, ölkədə uzunmüddətli yaşamaq icazəsi olanlar da daxildir.
Martın 17-də Kanadada ukraynalılara ölkədə üç il yaşamaq və işləmək icazəsi verən yeni müvəqqəti miqrasiya proqramları elan edilib. Bundan sonra 628 min ukraynalı belə viza almaq üçün müraciətlər edib və artıq onlardan 312 mininə müvafiq sənəd verilib.
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Kanadanın federal və əyalət hökumətləri ukraynalıları ölkənin müxtəlif bölgələrinə pulsuz çatdıran onlarla çarter reysi təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts