İkinci 4.4 Qısa Tamaşalar Festivalına tamaşa qəbulu elan edilib

Tokio, 3 iyun , /AJMEDIA/

Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə ikinci 4.4 Qısa Tamaşalar Festivalına (QTF) tamaşa qəbulu elan edir.
AJMEDIA xəbər verir ki, festival “Şuşa İli”nə ithaf olunur. Ölkə Prezidentinin sərəncamları ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci il “Şuşa İli” elan edilib. Şuşa hər zaman xalqımız üçün xüsusi dəyərə malik bir şəhər olub, milli kimliyimizin rəmzinə çevrilib. 44 günlük Qarabağ müharibəsində Şuşa şəhərinin qəhrəman döyüşçülərimiz tərəfindən işğaldan azad edilməsi isə xalqımızın qazandığı Qarabağ Zəfərinə möhür vurub. Bu gün Şuşa təkcə Qarabağın tacı deyil, eyni zamanda, bütün dünya azərbaycanlılarının and yeri, qürur mənbəyidir.
Ötən ilin noyabr ayında baş tutan ilk festivaldan fərqli olaraq ikinci 4.4 Qısa Tamaşalar Festivalında tamaşaların onlayn deyil, canlı təqdimatı nəzərdə tutulur. Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq ki, bu da teatr mühitindəki durğunluğu aradan qaldırmağa, prosesi canlandırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək.
Janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir.
Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.
Hər yer üzrə bir qalib seçiləcək. Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər. Festivala yalnız yeni tamaşalar qəbul edilir. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur.
Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 45 dəqiqədən artıq olmamalıdır. İştirakçılar tamaşaların treylerini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilən materiallar 15 oktyabr 2022-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Qeyd: Son tarixdən (15 oktyabr 2022-ci il) gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq.
Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.
Təqdim edilməli materialların və sənədlərin siyahısı:
Müraciət forması

• Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində 30-60 saniyəlik treyleri

• Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində ümumi plan çəkilişi

• Tamaşadan 3-5 fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır).

• Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).

Mükafat fondu:

• Birinci yer: 5000 AZN

• İkinci yer: 3000 AZN

• Üçüncü yer: 1500 AZN

Tamaşanın rayderi.
Qeyd: Tamaşaların treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts