II Elizabetin dəfn mərasimində iştirak etmək üçün Yaponiya İmperatoru ilk xarici səfərinə yola düşüb

Tokio, 17 sentyabr , /AJMEDIA/

Yaponiya İmperatoru Naruhito və İmperatriça Masako II Elizabetin dəfn mərasimində iştirak etmək üçün sentyabrın 17-də Böyük Britaniyaya yola düşüblər.
AJMEDIA xəbər verir ki, NHK telekanalı bununla əlaqədar paytaxtın “Haneda” beynəlxalq aeroportundan birbaşa yayım aparıb. Qeyd edilir ki, bu, İmperator cütlüyünün xaricə ilk səfəridir.
Aeroportda onları vəliəhd-şahzadə Akişino və şahzadə Kiko müşayiət ediblər. Dəfn mərasimində iştirakdan sonra İmperator Naruhitonun və İmperatriçə Masakonun sentyabrın 19-da geri dönəcəkləri gözlənilir. Onların Yaponiyada olmadığı müddətdə Akişino İmperatorun müvəqqəti nümayəndəsi kimi dövlət işlərində iştirak edəcək.
Qeyd edilir ki, Naruhito Böyük Britaniyaya 2019-cu ildə taxta çıxdıqdan sonra səfər etməyi planlaşdırsa da, koronavirus pandemiyasına görə bu səfər təxirə salınıb.
Xatırladaq ki, II Elizabet sentyabrın 8-də Şotlandiyada yerləşən Balmoral qəsrində 96 yaşında vəfat edib. Onun Britaniya tarixində ən uzun müddət – 70 il yeddi ay hakimiyyətdə olduğu bildirilir. II Elizabetin vəfatından sonra böyük oğlu – 73 yaşlı Çarlz yeni Kral olub.
Kraliçanın dəfn mərasiminin sentyabrın 19-da Londonun Vestminister abbatlığında keçiriləcəyi planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts