Tokio, 28 dekabr, /AJMEDIA/
2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçuların adları açıqlanıb.
AJMEDIA Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadla xəbər verir ki, siyahının ilk pilləsində Estoniyanın “Payde” klubunda çıxış edən Henri Anier qərarlaşıb. Otuz bir yaşlı hücumçu “Flora-2”ni 14:0 hesabı ilə məğlub etdikləri ölkə kuboku matçında rəqib qapısından 8 top keçirib.
İkinci sırada Macarıstanın “Ferentsvaroş” klubunda çıxış edən Mirto Uzuni yer alıb. İyirmi altı yaşlı albaniyalı vinger kubokda “Hatvan”a 9:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada 6 qol vurub.
Siyahıdakı 5 futbolçu – Ceymi Maklaren (“Melbrun Siti”, Avstraliya), Yuya Osaka (Yaponiya millisi), Luis Tumey (“Lover Hutt Siti”, Yeni Zelandiya), Maykl Frey (“Standart”, Belçika) və Maykl Olunqa (“Al-Duhail”, Qatar) bir görüşdə 6 qol vurub və növbəti sıralarda yer alıb.