IFC ilə Xəzər dənizində külək enerjisindən istifadə potensialı təhlil olunub

Tokio, 27 yanvar , /AJMEDIA/

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, görüşdə IFC ilə enerji sahəsində həyata keçirilən birgə layihələr qarşılıqlı münasibətlərin uğurlu inkişafının nümunəsi kimi qeyd edilib. Ölkəmizin iqtisadi inkişafında enerji sektorunun rolundan bəhs edilib, ənənəvi energetika və “yaşıl enerji” sahələrində görülən işlər, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib. Enerji sahəsinə özəl sektorun cəlbinin sürətləndirilməsi və IFC ilə bu istiqamətdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.
IFC-nin dəstəyi ilə hazırlanmış “Dənizdə külək enerjisi üzrə Yol xəritəsi”ndən bəhs edilib, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisindən istifadə potensialının təhlili, bununla əlaqədar texniki, iqtisadi, o cümlədən ixrac məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. IFC-nin Azərbaycanda dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsində maraqlı olduğu, həmçinin digər bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə cəlb edilməsinin mümkünlüyü vurğulanıb.
Söhbət zamanı Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş, enerji keçidi, hidrogen enerjisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts