İƏT ilə BQXK İslam ölkələrində itkin düşmüş şəxslərin tapılması üzrə əməkdaşlıq edəcək

Tokio, 27 oktyabr , /AJMEDIA/

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Körfəz Əməkdaşlıq Şurası ölkələri (GCC) üzrə Regional nümayəndəliyi arasında ikitərəfli əməkdaşlıq Sazişinin və onun sonrakı Fəaliyyət Planının davam edən icrası çərçivəsində İƏT-in Ciddədəki Baş Katibliyində BQXK-nın Körfəz Əməkdaşlıq Təşkilatı üzrə Regional nümayəndəliyi ilə birgə “Münaqişələr və fəlakətlər zamanı itkin düşmüş şəxslər: İƏT ölkələrində cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib. Tədbirdə İƏT-ə üzv dövlətlərin nümayəndələri iştirak ediblər.

AJMEDIA təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, İƏT Baş katibinin humanitar, sosial və mədəni məsələlər üzrə köməkçisi, səfir Tareq Əli Baxet keçirilən dəyirmi masada çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında itkin düşmüş şəxslərlə bağlı tarixdə ilk dəfə qəbul edilmiş qətnamənin əhəmiyyətini vurğulayıb. O, münaqişələr və fəlakətlər zamanı itkin düşənlərlə bağlı problemin beynəlxalq aləmdə böyük narahatlıq doğurduğunu və bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Küveytin sponsorluğu ilə 11 iyun 2019-cu il tarixli 2474 saylı qətnamənin qəbuluna ehtiyac duyduğunu vurğulayıb. Qətnamə beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin taleyinə daha çox diqqət yetirməyə, onları tapmağa və ailələrinə kömək etməyə çağırıb.

Baş katibin köməkçisi qeyd edib ki, İƏT Baş Katibliyi itkin düşmüş şəxslər fenomeninə reaksiyaların gücləndirilməsi məqsədilə ən yaxşı yol və vasitələrin müzakirəsi üçün müzakirə olunan məsələ ilə bağlı məlumatlılığın artırılmasının vacibliyini qəbul edir. Bu, uzun sürən münaqişələr, zorakılıq halları, məcburi köçkünlər, təbii fəlakətlər və geniş miqyaslı transregional miqrasiya ilə müşayiət olunan getdikcə mürəkkəbləşən dünyada çox vacibdir.

BQXK-nın GCC ölkələri üzrə Regional nümayəndəliyinin rəhbəri Mamadou Sou dəyirmi masanın açılışında nitq söyləyərək qeyd edib ki, “hər bir statistikanın arxasında bir insan hekayəsi, yaxınlarına həsrət qalan bir ailə dayanır və itkin düşmüşlər probleminin həlli sadəcə bir vəzifə deyil, həm də bir vicdan işi, humanitar imperativdir. Dövlətlərlə əməkdaşlığımız bizə yol göstərdi, lakin real tərəqqiyə nail olmaq sarsılmaz siyasi iradə və resurslar olmasını tələb edir”.

Dəyirmi masada İƏT-ə üzv ölkələrdə itkin düşmüş şəxslərlə bağlı səylərin gücləndirilməsi istiqamətində təklif və təşəbbüslər nəzərdən keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts