Tokio, 22 aprel , /AJMEDIA/
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi 2024-cü il aprelin 19-da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Komissiyanın Azərbaycana məxsus və otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış 4 kəndin – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qaytarılmasını və delimitasiya üzrə işlərin davam etməsini alqışlayır.
AJMEDIA xəbər verir ki, bu fikirlər İƏT Baş Katibliyinin bəyanatında yer alıb. Təşkilat qeyd edib ki, birbaşa danışıqlar prosesində müsbət nəticələrin əldə olunması yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır.
Bəyanatın sonunda deyilir: “İƏT-in Baş katibliyi təşkilatın qətnamələrində də qeyd edilən davamlı və ləyaqətli sülh sazişinin imzalanması istiqamətində atılan mühüm addımı dəstəkləyir”.