Hüseyn Cavidin ev-muzeyində “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir

Tokio, 6 Noyabr, /AJMEDIA/

AMEA-nın Hüseyn Cavidin ev-muzeyində Zəfər Gününə həsr olunan “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.

Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, rəşadətli Ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb. Alim bu tarixi Qələbəmizin dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti, ordu quruculuğuna göstərdiyi diqqət və qayğı nəticəsində qazanıldığını deyib.

Vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsi zamanı Azərbaycanın əsgər və zabitləri yeni qəhrəmanlıq dastanı yaradıblar. Biz Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşərək xalqımızın qəhrəmanlıq ruhunu bütün dünyaya nümayiş etdirə bildik. Bu Qələbə xalqımızın qürurunu daha da yüksəldib.

Tədbirdə şəhidlərin xatirəsinə həsr edilmiş “Vətən simurqları: II Qarabağ, Vətən müharibəsinin qəhrəmanları” kitabından ayrı-ayrı oçerklər oxunub, nəşrdə haqqında xatirələr yazılan şəhidlərin şəkilləri nümayiş etdirilib.

AMEA Hüseyn Cavidin ev-muzeyinin hazırladığı 2021-ci il “Cavidlər təqvimi”nin noyabr ayı səhifəsi Zəfər Gününə həsr olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts