Hulusi Akar: Dostluq əlimizi tutmaqdan çəkinməyin

Tokio, 6 yanvar , /AJMEDIA/

Belə bəyanatların heç bir mənası, əsası yoxdur. Mövcud statusu pozan və adaları silahlandıran da, ölkəmizin sərhədlərinə qədər gəlib təxribatlar həyata keçirən də Yunanıstandır. Dünən balıqçı gəmisinə atəş açan da Yunanıstandır.
AJMEDIA xəbər verir ki, bu fikirləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Aralıq və Egey dənizlərindəki gərginliyi şərh edərkən deyib.
Yunanıstan tərəfi ilə keçirilən görüşlərin, aparılan dialoqların heç bir nəticə vermədiyini təəssüflə vurğulayan nazir Hulusi Akar deyib: “Biz heç bir şəkildə təxribat törətmirik, hücum və təqib etmirik. Eyni zamanda, bizə edilən hər hansı təqibi cavabsız qoymayacağımızı da deyirik. Bütün qoşunlarımız da bununla bağlı təlimatlandırılıb. Biz bu məsələdə qətiyyətli və qərarlıyıq. Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın, ayaqlarınızı yerə qoyun. Biz həqiqətən də səmimi qəlbdən dostluq əlimizi uzadırıq, bu dostluq əlini tutmaqda gecikməyin, çəkinməyin”.
Türkiyəyə qarşı ədalətsizliklərin üzüntülü olduğunu ifadə edən nazir Hulusi Akar diqqətə çatdırıb ki, haqlı olduğumuz üçün özümüzə arxayınıq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts