Site icon AJMEDIA Azərbaycanca

“HONOR”un yeni modellərinin təqdimatı keçiriləcək

Tokio, 30 avqust , /AJMEDIA/

Sentyabrın 1-də “HONOR” şirkəti Bakı vaxtı ilə saat 12:00-da Berlində IFA beynəlxalq sərgisi çərçivəsində “Gələcəyi kəşf et” adlı təqdimat mərasimi təşkil edəcək.

AJMEDIA xəbər verir ki, bu il İFA-nın rəsmi açılışını məhz “HONOR” edəcək və bu sərginin ilk təqdimatı olacaq.

Çox güman ki, məşhur brend təqdimatda özünün yeni “Magic” seriyasından qatlanan smartfonlarını, qabaqcıl planşetlərini və qlobal bazar üçün digər yeni cihazlarını anons etməyi planlaşdırır. Təqdimatdan canlı yayımı “HONOR”un rəsmi “YouTube” kanalında izləmək olacaq.

Onu da xatırladaq ki, “IFA 2023” beynəlxalq sərgisi sentyabrın 1-dən 5-dək ənənəvi olaraq Berlində keçiriləcək

Exit mobile version