Hissein Brahim Taha: İƏT beynəlxalq səyahətlərə mənfi təsir edən hallara qarşı mübarizə proqramları hazırlayır

Tokio, 28 iyun , /AJMEDIA/

Mənim üçün bu konfransda iştirak etmək çox şərəflidir. Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.
AJMEDIA xəbər verir ki, bu sözləri Turizm Nazirlərinin İslam Konfransının 11-ci sessiyasında təşkilatın Baş katibi Hissein Brahim Taha çıxışı zamanı deyib.
O, Banqladeş Xalq Respublikasına bu keşməkeşli vaxtda təşkilata ev sahibliyi etdiyinə görə təşəkkür edib: “Koronavirus pandemiyası beynəlxalq səyahətlərə ciddi mənfi təsir edib. 2020-ci ildə 2019-cu illə müqayisədə turist sayı 70 faizə qədər azalıb. Ümumi biznesin gəlirləri 50-60 faizi kiçik və orta biznes sahiblərinə aiddir. Bu hal insanların gəlirlərinə də pis təsir edib. İƏT-də bu kimi hallarla mübarizə proqramları hazırlanır. Mən insanları daha çox halal turizmə investisiya qoymağa çağırıram. Sessiyaya öz işində uğurlar arzu edirəm”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts