Tokio, 14 may, /AJMEDIA/
Yaponiya təhlükəsizlik qüvvələri Hiroşima Universitetində İkinci Dünya müharibəsindən qalma partlamamış hərbi sursat aşkar edib.
AJMEDIA xəbər verir ki, universitetin açıqlamasında bildirilir ki, mərmi Kasumi şəhərciyində aşkar edilib.
Kiodo Xəbər Agentliyinin məlumatına görə, mərminin uzunluğu təxminən 90 santimetr, diametri isə 25 santimetrdir.
Hadisə yerinə polis və digər müvafiq qurumlar cəlb edilib. Universitet boşaldılıb, dərslər isə bir günlük dayandırılıb. Əraziyə giriş tamamilə məhdudlaşdırılıb.