Site icon AJMEDIA Azərbaycanca

Hindistanda iki hərbi təyyarə qəzaya uğrayıb

Tokio, 28 yanvar , /AJMEDIA/

Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsi Madhya-Pradeş ştatında qəzaya uğrayıb.
AJMEDIA NDTV telekanalına istinadla xəbər verir ki, Su-30 və “Mirage 2000” təyyarələri təlim uçuşları zamanı yerə çırpılıb. Hər iki təyyarə Qvaliore bazasından havaya qalxmışdı. Ekipajın taleyi barədə məlumat verilmir.
Hələlik hadisə ilə bağlı rəsmi xəbər yoxdur.

Exit mobile version