Site icon AJMEDIA Azərbaycanca

HHQ-də NATO-nun qiymətləndirmə təlimi

Tokio, 18 dekabr , /AJMEDIA/

2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün “2-ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi” keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub.

Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib.

Exit mobile version