Heydər Əliyev adına liseydə “Şuşa İli”nə həsr edilən tədbir təşkil olunub

Tokio, 10 iyun , /AJMEDIA/

İyunun 9-da Heydər Əliyev adına liseydə “Şuşa İli”nə həsr edilən tədbir təşkil olunub.
Bu barədə AJMEDIA-ya liseydən məlumat verilib.
Liseyin direktoru Sevinc Orucova çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qızıl hərflərlə yazdığı tarixə nəzər salıb. Bildirib ki, mədəniyyət və gözəllik beşiyimiz olan Şuşaya möhtəşəm qayıdış hər birimizi qürurlandırır.
Tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və partiyanın digər üzvü Ülvi Abbasov, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Pənah İmanov çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbəyə aparan siyasətindən, şəhidlərimizin, qazilərimizin, döyüşçülərimizin, vətən torpağını candan əziz tutmasından, milli birliyimizdən söz açıblar, şagirdlərə öz məsləhət və tövsiyələrini veriblər.
Şagirdlər mədəniyyət və incəsənət beşiyimiz Şuşaya möhtəşəm qayıdışımızın sevincini öz ifalarında böyük ruh yüksəkliyi ilə nümayiş etdiriblər. Onlar dahi Üzeyirin, Xan qızı Natəvanın, Vaqifin, Sarı Gəlinin, Xarı Bülbülün obrazlarını yaradıblar. Şagirdlərin iştirakı ilə Səməd Vurğunun “Vaqif dramı” təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts