Site icon AJMEDIA Azərbaycanca

Hazırda dünyanın bir çox ölkələrində Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir

Tokio, 17 yanvar , /AJMEDIA/

2019-cu ildən etibarən Tbilisi şəhərində Azərbaycana turlar və səfərlər haqqında məlumatların verildiyi “Azerbaijan.Travel” adlı qonaq mərkəzi fəaliyyətdədir. 2022-ci ilin mart ayından isə İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı olub.
Dövlət Turizm Agentliyindən bildirilib ki, 2022-ci ildən etibarən aktiv bərpa fazasında olan Azərbaycan turizminin təbliğatı əsas hədəf bazarlarda – ənənəvi istiqamətlərlə yanaşı, Almaniya, Avstriya, İsveçrə, Polşa, Böyük Britaniya kimi Avropa ölkələrində, həmçinin Cənubi və Mərkəzi Asiya, Yaxın Şərq kimi regionlarda davam etdirilir.

Exit mobile version