Hava proqnozu: paytaxtda 19, bölgələrdə 22 dərəcə isti olacaq

Tokio, 22 mart , /AJMEDIA/

Martın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək, havanın temperaturu gecə 7-10°, gündüz 14-19° isti, atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 50-60 % olacaq.
Bu barədə AJMEDIA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın temperaturu gecə 3-8°, gündüz 15-20° isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə 0-5°, gündüz 5-10° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında temperaturun gecə 0-5° isti, dağlıq ərazilərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında gecə 5-10°, gündüz 16-21° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında temperatur gecə 5-10°, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti təşkil edəcək.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə 6-11°, gündüz 17-22° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə 7-10°, gündüz 15-20° isti, dağlarda gecə 4-7°, gündüz 11-15° isti olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts