Hamburq aeroportunda dörd yaşlı qızını girov götürən şəxs Türkiyəyə getmək istəyir

Tokio, 5 noyabr , /AJMEDIA/

Almaniyanın Hamburq şəhər aeroportunda silahlı təxribat törədən şəxs dörd yaşlı qızını girov götürüb.

AJMEDIA xəbər verir ki, avtomobili ilə maneələri qıraraq aeroportun platformasına daxil olan silahlı şəxs havaya atəş açıb və molotov kokteylləri ilə yanğın törətməyə cəhd edib. Təhlükəsizlik qüvvələri onun bu cəhdinin qarşısını alıblar.

Silahlı şəxsin təyyarələrdən birinin altında saxladığı avtomobili əhatəyə alan polis əməkdaşları onunla danışıq aparmağa çalışırlar. Dörd yaşlı qızını da avtomobildə girov saxlayan həmin şəxs Türkiyəyə getmək istədiyini bildirib.

Hadisə ilə əlaqədar aeroportda ciddi təhlükəsizlik tədbirləri görülüb, bir sıra aviareyslər təxirə salınıb, bir neçəsinin istiqaməti dəyişdirilib.

Həmin şəxsin Hamburq aeroportuna gəlməsindən əvvəl onun arvadının polisə zəng edərək, həyat yoldaşının övladı ilə birlikdə hava limanına getməsi barədə xəbər verdiyi məlum olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts