Hərbi hissədə Zəfər günü münasibətilə konsert təşkil olunub

Tokio, 8 noyabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayının təşkilatçılığı ilə “N” saylı hərbi hissədə “Zəfər günü” münasibəti ilə konsert proqramı təşkil edilib.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Zəfər gününün tarixi haqqında geniş məlumat veriblər.
Bədii hissədə Mədəniyyət Sarayının yaradıcı və özfəaliyyət kollektivləri, “Xarıbülbül” rəqs qrupu, solistlər Svetlana Quliyeva, Nəzakət Vüqarlı və Namiq Xəlilovun çıxışları əsgər və zabitlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts