Gürcüstanda “omikron” ştamına yoluxanların sayı 600 nəfərə çatıb

Tokio, 7 yanvar, /AJMEDIA/

Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxanların sayı kəskin artıb.

AJMEDIA xəbər verir ki, indiyədək Gürcüstanda koronavirusun “omikron” ştamına 600 yoluxma halı təsdiqlənib.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən verilən məlumata görə, onlardan 347 nəfəri son 24 saat ərzində yoluxub.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-un yeni variantına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts