Gürcüstan hökuməti beynəlxalq yükdaşımalardakı gecikmələrlə bağlı məsələni müzakirə edib

Tokio, 21 may , /AJMEDIA/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə İqtisadi Şuranın iclası keçirilib. İclasda bir sıra məsələlər, o cümlədən Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında yüklərin koordinasiyalı şəkildə və fasiləsiz daşınması ilə bağlı məsələ müzakirə olunub.
AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından məlumat verilib.
Müzakirələr zamanı Gürcüstan tərəfindən yükdaşımalarında gecikmələrin olmadığı diqqətə çatdırılıb. Bildirilib ki, bu istiqamətdə bəzi çatışmazlıqlar qarşı tərəfdə infrastrukturla, eləcə də “Lars” gömrük-keçid məntəqəsindəki təmir işləri ilə bağlıdır.
İclasda tez korlanan məhsulların daşınması ilə bağlı məsələlər də tənzimlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts