Gürcüstan – Azərbaycan oyununu fransalı baş hakim Sedrik Pelissier idarə edəcək

Tokio, 21 yanvar, /AJMEDIA/

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində yanvarın 22-də Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək Gürcüstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

AJMEDIA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, matçın baş hakimi fransalı Sedrik Pelissier olacaq.

Qeyd edək ki, fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts