Güclü fırtına səbəbindən Avstraliyanın cənubunda minlərlə sakin elektrik enerjisiz qalıb

Tokio, 13 noyabr , /AJMEDIA/

Güclü fırtına səbəbindən Cənubi Avstraliya ştatında on minlərlə sakin elektrik enerjisiz qalıb.
AJMEDIA xəbər verir ki, həmin gün ştatın ərazisinə təqribən 423 min şimşək düşüb, sürəti saatda 100 kilometrə çatan küləklər səbəbindən isə gözlənilməz daşqınlar baş verib. Bazar günü səhər saatlarında bəzi yerlərdə elektrik enerjisinin verilişi bərpa olunsa da, hələ də 76 min sakinin işıqsız qaldığı bildirilir.
Fırtınanın Adelaida təpələrinə daha çox ziyan vurduğu, buradakı ağacların yıxılması nəticəsində evlərə böyük ziyan dəydiyi qeyd edilir. Fırtına səbəbindən Adelaida da təşkil olunan musiqi festivalı və idman tədbirləri təxirə salınıb.
Cənubi Avstraliya ştatının Middlton şəhərində yerli vaxtla saat 17:00-da çayların məcrasından aşması nəticəsində evlər və iş yerləri su altında qalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts